SOCAR şirkəti öz müəssisələrində “Signify” şirkətinin yeni işıqlandırma sistemlərinin tətbiqi imkanını öyrənəcək.
Çərşənbə axşamnı SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı qəbul edib. Bu barədə SOCAR-dan məlumat verilir.
Rondolat məlumatverib ki, “Signify” Azərbaycanda şirkətər üçün yeni texnologiyalar təklif edir. Onun sözlərinə görə, şirkətin LED texnologiyasına əsaslanan işıqlandırma sistemləri daha dayanıqlı və qənaətlidir və daha effektiv idarə olunur.
“Görüşdə “Signify” şirkətinin təklif etdiyi işıqlandırma sistemlərinin SOCAR-ın emal zavodlarında və digər müəssisələrində tətbiqi imkanlarını araşdırmaq və səmərəliliyini müəyyən etmək üçün aidiyyəti sahələr üzrə məsul şəxslərlə danışıqların davam etdirilməsi təklif olunub”, - məlumatda qeyd edilir.
Əvvəlki adı “Philips Lighting” olan “Signify” şirkəti şəhərlərin işıqlandırılması sahəsində dünyanın aparıcı şirkətlərindən sayılır. “Signify” artıq 20 ildir ki, həm də kənd təsərrüfatı məhsullarının işıqlandırma texnologiyaları ilə məşğuldur.
Şirkət Azərbaycanda artıq Bakı və Sumqayıt şəhərlərində küçələrin işıqlandırılmasının yaxşılaşdırılma üzrə layihələri sona çatdırıb. Şamaxıda analoji işlər tamamlanma mərhələsindədir.
Xəbər verildiyi kimi, dünən prezident İlham Əliyev Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd edib. Bundan başqa, şirkət Qarabağda layihələrin reallaşdırılmasına cəlb oluna bilər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət