2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 339 milyon 107,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 222 milyon 416,2 min manat (artım 6%) və ya bazar üzrə bütün sığorta haqlarının 65,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 108 milyon 230,2 min manat (artım 15,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 114 milyon 186 min manat (azalma 1,5%) təşkil edib.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə sığorta haqları 116 milyon 691,1 min manat (artım 14,9%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (98 milyon 463,5 min manat), tibbi sığorta (66 milyon 485,4 min manat) və nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (28 milyon 712 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-aprel aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 57,1%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 179 milyon 789,3 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 70,3% çoxdur.
Yanvar-aprel aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 129 milyon 372,6 min manat (artım 61,1%) və ya bazar üzrə bütün ödənişlərin 72%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 100 milyon 574,9 min manat (artım 2 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 28 milyon 797,7 min manat (azalma 7%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 50 milyon 416,7 min manat (artım 2 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (99 milyon 153,5 min manat), nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (21 milyon 448,6 min manat) və könüllü tibbi sığorta (20 milyon 774,3 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çox olub.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 78,6%-ni təmin edib.
Aprel ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət