“Azərenerji” ASC Qarabağ Regional Elektrik Şəbəkəsi üçün binaların inşası və Abşeronda iki yarımstansiyanın yenidən qurulması məqsədilə podratçılar seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir və 3 lotdan ibarətdir: Qarabağ Regional Elektrik Şəbəkəsinin inzibati və yardımçı təsərrüfat binalarının inşası işlərinin satın alınması (1-ci lot); 110/35/6 kV-luq Qala yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması (2-ci lot); 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması (3-cü lot).
1-ci lotda iştirak haqqı 1 min manat, 2-ci və 3-cü lotlarda iştirak haqqı 2 min manatdır.
1-ci lotda iştirak etmək istəyən şirkətlər ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyalarının, yarımstansiyaların yenidənqurma, restavrasiya, başqa layihələrin layihələndirmə və tikintisi işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 15 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər təqdim etməlidir.
2-ci və 3-cü lotlarda iştirak etmək istəyən şirkətlər ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyalarının, yarımstansiyaların, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirmə və tikintisi işləri təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər, eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 30 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər təqdim etməlidir.
Tender təklifləri 15 iyul saat 15:00-dək qəbul olunur. Tender proseduru 16 iyul saat 15:00-da baş tutacaq.
Telefon: (+99412 598-05-56), əlaqələndirici şəxs – Azad Məmmədov.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət