SOCAR Rusiyada metanol zavodunun tikintisini hələ planlaşdırmır. Bu barədə “SOCAR Rus” şirkətinin baş direktoru Fərid Cəfərov məlumat verib.
“Hazırda şirkətin layihələrinə Rusiya Federasiyasında metanol zavodunun tikintisi daxil deyil. Bəli, SOCAR Vısotskda metanol zavodu layihəsinin texniki məsləhətçisi qismində çıxış edib. Layihə artıq inkişaf mərhələsindədir”, - deyə Cəfərov Rusiya mətbuatına müsahibəsində bildirib.
O əlavə edib ki, Vısotskda metanol zavodunun tikintisi üçün bütün layihə işləri başa çatıb, açar təslim layihənin həyata keçirilməsi üçün danışıqlar aparılır.
“Baş podratçı qismində “Hyundai” çıxış edir. Hər şey reallaşdırıldıqdan sonra bu, Rusiyada limanda inşa edilmiş ilk metanol zavodu olacaq. Zavod boru vasitəsilə alacağı təbii qazı metanol halına gətirəcək və sonra istehlakçıya göndərəcək”, - deyə o qeyd edib.
2018-ci ildə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirmişdi ki, SOCAR Rusiya tərəfi ilə RF-də metanol zavodunun tikintisinə dair danışıqlar aparır. Bununla belə, o, danışıqların Rusiyanın hansı şirkəti ilə aparılması barədə məlumat verməyib.
Hazırda SOCAR Qaradağ rayonunda yerləşən Metanol zavodunun sahibidir. Zavod AzMeCo şirkəti tərəfindən inşa edilib. AzMeCo zavodun tikintisinə $500 milyona yaxın sərmayə yatırıb. Zavodda metil spirtinin illik istehsal həcmi 720 min tondur.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət