Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,2% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,2% artıb.
Sənaye məhsulunun 62,5%-i mədənçıxarma sektorunda, 31,2%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3%, tütün məmulatlarının istehsalı 86,3%, elektrik avadanlıqlarının istehsalı 81,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 43%, kağız və karton istehsalı 41%, tikinti materiallarının istehsalı 29,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6%, geyim istehsalı 20,5%, qida məhsullarının istehsalı 7,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3%, neft məhsullarının istehsalı 3%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4% artıb, hazır metal məmulatlarının istehsalı 4,7%, içkilərin istehsalı 8,6%, kimya sənayesi məhsullarının istehsalı 9,8%, mebel istehsalı 28,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7%, poliqrafiya məhsullarının istehsalı 63,5%, sair nəqliyyat vasitələrinin istehsalı 70,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,6% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsalı COVID-19 infeksiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və OPEC+sazişi çərçivəsində neft hasilatının azalması fonunda 5% azalıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət