Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik maddənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısının alınması barədə məlumat yayıb.
Məlumata görə, 14 iyun tarixində saat 03:00 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfər olan “Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. "Şübhəli şəxs sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərib, onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb. Ağstafa rayon sakini 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşdirilmiş şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülüb”, - deyə məlumatda bildirilir.
Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində həmin rayon sakini 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilib.
Eyni tarixdə saat 05:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və cinayətkar zərərsizləşdirilib. Hadisə baş vermiş əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələr aşkarlanıb.
Faktla bağlı İİR tərəfi dərhal məlumatlandırılıb, müqabil tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən İran vətəndaşı Behnam İlhami olması müəyyən edilmiş sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülüb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət