“AzerGold” QSC Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlayıb.
“Cari ilin iyun ayından etibarən Səhmdar Cəmiyyətin geoloqları tərəfindən sözügedən sahənin “Ortakənd-Xanağa” qızıl, “Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib. İlkin mərhələdə ümumilikdə 44 quyunun qazılması planlaşdırılır”, - QSC-nin məlumatında deyilir.
Məlumata görə, “Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, “Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək.
“Culfa rayonunun şimal-şərqində yerləşən “Ortakənd-Xanağa” sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivləri ilə seçilir. Sahə daxilində “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri qeydə alınıb”, - məlumatda bildirilir.
“AzerGold” QSC tərəfindən 2017-ci ildə “Ortakənd-Xanağa” sahəsində geofiziki işlər aparılıb. Nəticələr yerli vəxarici mütəxəssislərin birgə iştirakı ilə təhlil edilib. 2018-ci ildə 5800 metr həcmində 30 kəşfiyyat quyusu qazılıb. Quyulardan çıxan kernlər kəsilib və sınaqlaşdırılıb. Bugünədək, ümumilikdə 2879 sınaq götürülüb və analizi aparılıb. Axtarış işləri və laborator analizlərin nəticələrinə əsasən 2021-ci ildə kəşfiyyat işlərinin davam etdirilməsi qərarı verilib.
“Geoloji kəşfiyyat işlərinin uğurlu yekununda ehtiyatların hesablanması, təsdiqi və yataqların istismarına hazırlıq işləri çərçivəsində beynəlxalq nüfuzlu məsləhət şirkətləri ilə birgə fəaliyyət planının hazırlanması planlaşdırılır”, - məlumatda deyilir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Şirkət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunmasını həyata keçirir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət