“Azərbaycan Dəmir Yolları” QSC Fransanın “Alstom” şirkətinin istehsal etdiyi yeddi Prima T8 AZ8A yük lokomotivin kommersiya istifadəsinə başlayıb.
“Öncə Prima T8 AZ8A yük lokomotivləri Xəzər dənizinin əsas limanlarını Gürcüstan sərhədi ilə biləşdirən, Azərbaycanda “İpək Yolu”nun Şərq-Qərb dəhlizi, daha sonra isə bütün ölkə boyu hərəkət edəcək”, - “Alstom”un məlumatında deyilir.
“Lokomotivlərimizin Azərbaycanda kommersiyaq istifadəsinə verilməsindən şadıq. Pandemiya ilə əlaqədar ciddi çətinliklərə baxmayaraq, lokomotivləri istehsal edə, zəruri sınaqları keçirə və istifadə üçün hazır lokomotivləri tədarük etməyə müvəffəq olmuşuq. Bu, ADY ilə birlikdə hazırladığımız əsas layihənin mühüm mərhələsidir. Bu layihənin İpək Yolunun kəsişməsində olduğu üçün, bütün regionun dəmir yolu infrastrukturunun inkişafına yönəlib”, - məlumatda “Alstom”un Qərbi və Mərkəzi Asiyadakı icraçı direktoru Qiyom Tritterin sözlərinə istinad olunur.
Onun sözlərinə görə, şirkətin lokomotivləri Azərbaycanda yük daşımalarının ötürmə qabiliyyətinin artmasında əsas rol oynayırlar, həmçinin qonşu ölkələrin birləşdirilməsi üzrə öyük hədflərin reallaşdırılmasına imkan yaradırlar. “Hazırda bizdə ruh yüksəkliyi var və ADY ilə sıx tərəfdaşlığımızın gələcək inkişafını gözləyirik”, - Tritter qeyd edib.
“Azərbaycan Dəmir Yolları” QSC ilə “Alstom” şirkəti arasında 2014-cü il mayın 12-də imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotiv alacaq. Onlardan 40 ədədi Bakı-Tbilisi-Qars marşrutu ilə yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət