Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer hesab edir ki, Bakı və İrəvan Dağlıq Qarabağda müharibə zamanı və hərbi əməliyyatlar başa çatdıqdan sonra saxlanılmış şəxslərin statusu məsələsini öz aralarında həll etməlidir.
“Bəzi saxlanılan şəxslər, onların hərbi əsir hesab olunub-olunmadıqları, statusu və geri qayıtmalarının mümkün olub-olmaması ilə bağlı mübahisələr hələ də davam edir. Biz bu məsələlərlə məşğul olmağa davam edirik”, - deyə Maurer Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Qızıl Xaçın saxlanılanların yanına getmək üçün birbaşa buraxılışı var. “Azərbaycan hökuməti bizə məlumat verdi ki, statusla (saxlanılanların) bağlı Ermənistan tərəfi ilə fikir ayrılıqları yaranıb. Bakı və İrəvan bu problemi öz aralarında həll etməlidir. Təcrübəmizi bölüşə bilərik, nəsə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusları özləri təyin etməli və yekun qiyməti verməlidirlər. BQKX hər iki tərəflə əlaqə saxlayır. Ümid edirəm ki, gələcəkdə Ermənistanda və Azərbaycanda olan bütün saxlanılan şəxslər üçün problemin həll yolunu tapmaq mümkün olacaq”, - deyə P.Maurer vurğulayıb.
O əlavə edib ki, BQXK-nın Qarabağ istiqamətində fəaliyyəti üzrə büdcəsi çox artırılıb. “Hazırda büdcəmiz 27 il ərzindəki rəqəmlə müqayisədə təxminən dörd-beş dəfə çoxdur. Əvvəllər büdcəmiz təxminən $10-11 milyon təşkil edirdi, indi isə biz $50 milyona yaxınlaşırıq və regionda mövcudluğumuzu əhəmiyyətli dərəcədə artırmışıq. Biz məcburi köçkünlərə, geri qayıdan insanlara kömək edirik. Zərurət və imkan yaranarsa, biz yəqin ki, buradakı mövcudluğumuzu genişləndirməyə davam edəcəyik, lakin daha yavaş templərlə, çünki bu əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir”, - deyə o vurğulayıb.
Rəsmi Bakı bəyan edir ki, bütün hərbi əsirləri və saxlanılan şəxsləri İrəvana qaytarıb, bu şəxslərin ümumi sayı 90 nəfərə yaxındır. Eyni zamanda, Bakı 2020-ci ilin noyabr ayında döyüş əməliyyatları başa çatdıqdan sonra Qarabağda saxlanılan şəxsləri hərbi əsir hesab etmir. Azərbaycan hakimiyyətinin qiymətləndirmələrinə görə, bu şəxslər ölkə qanunvericiliyini pozub, Azərbaycan ərazisinə qanunsuz daxil olublar, hərbçilərə və mülki şəxslərə qarşı terror aktlarının törədilməsində və hücumlar edilməsində iştirak ediblər.
Hazırda Bakıda saxlanılan şəxslərlə bağlı məhkəmə prosesləri gedir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət