2020-ci ildə “Bakı Metropoliteni” QSC-nin xalis zərəri 83 milyon 542,5 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 51,6% çoxdur.
Bu barədə “Bakı Metropoliteni”nin 2020-ci ilə dair maliyyə hesabatında qeyd olunub. Hesabat QSC-nin saytında dərc edilib.
Maliyyə hesabatına əsasən, 2020-ci ildə “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21 milyon 623,073 min manat (azalma 3,2 dəfə), dövlət büdcəsindən aldığı subsidiya 67,679 milyon manat (artım 37%) təşkil edib.
Hesabat ilində xərclərin strukturunda ən çox məbləğ - 103 milyon 413,027 min manat (artım 7,9%) əsas vəsaitlərin amortizasiyasına, 44 milyon 659,577 min manat (azalma 3,1%) işçilərə ödənişlərin edilməsinə yönəldilib.
2020-ci ildə “Bakı Metropoliteni”nin aktivləri 2,5% - 2 milyard 513 milyon 283,608 min manatadək artıb. 2021-ci ilin əvvəlinə cəmiyyətin uzunmüddətli aktivləri 2 milyard 453 milyon 91,553 min manata, qısamüddətli aktivləri 60 milyon 192,055 min manata bərabərdir. Uzunmüddətli aktivlərin strukturunda əsas həcm - 2 milyard 449 milyon 173,923 min manat (artım 2,9%) torpaq, tikili və avadanlıqların payına düşüb.
2020-ci ilin sonuna cəmiyyətin kapitalı 2 milyard 454 milyon 366,632 min manat həcmində qiymətləndirilir (artım 2,4%). QSC-nin nizamnamə kapitalı 3 milyard 19 milyon 606,443 min manata bərabərdir (artım 4,9%).
2021-ci il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş ümumi zərəri 565 milyon 239,811 min manat məbləğində qiymətləndirilir (artım 17,3%).
2020-ci ildə QSC-nin öhdəlikləri 9% - 58 milyon 916,975 min manatadək artıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət