Çərşənbə günü Asiya İnkişaf Bankı COVİD-19 koronavirus infeksiyasının əlverişsiz tibbi, sosial və iqtisadi nəticələrinin yumşaldılması üzrə ətraflı planın reallaşdırılmasına imkan yaratmaq məqsədilə Azərbaycan hökumətinə $250 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib.
“COVİD-19 pndemiyasının nəticələri Azərbaycanın öz iqtisadiyyatının yaxşılaşdırılması və yoxsulluğun azalmasında əldə etdiyi mühüm nailiyyətləri qüvvədən salır. AİB Azərbaycana dəsətək göstəməyə sadiqdir və bu kedit proqramı hökumətə pandemiyaya reaksiya tədbirlərini dəstəkləməyə, əhalinin zəif təbəqələrini müdafiə etməyə və iqtisadiyyatın bərpası üçün təməl qoymağa yardım edəcək”, - bankın saytında dərc olunan məlumatda AİB-nin prezidenti Masatsuqu Asakavanın sözlərinə istinad olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Məlumatda qeyd olunur ki, 2020-ci ildə Azərbaycan hökuməti tərəfindən infeksiyanın yayılmasına qarşı görülən tədbirlər ticarət, turizm, pul köçürmələrinin həcmi və istehlak tələbatı sahələrində müəyyən azalmaya gətirib, eyni zamanda, 2020-ci ildə neft gəlirləri qlobail iqtisadi azalmaya görə azalıb.
AİB-nin COVİD-19-a fəal reaksiya və xərclərin dəstəklənməsi Proqramı (CARES) səhiyyə, sosial müdafiə və makroiqtisadi stabillik sahəsində Azərbaycan hökumətinin cari tədbirlərinin büdcə dəstəyini təmin edəcək.
“Hökumətin səhiyyə sahəsində tədbirlərinə tibb əməkdaşlarına əlavələrin ödənilməsi, bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi, dərman və tibb avadanlıqlarının alışı, həmçinin COVİD-19 pasiyentlərinin müalicəsi və testdən keçirilməsi üzrə tibb müəssisələrinin imkanlarının genişləndirilməi daxildir”, - bank vurğulayır.
Hökumət sosial müdafiənin gücləndirilməsi məqsədilə aylıq müavinətlərin məbləğini və bu cür dəstəyin alınmasına hüququ olan ev təsərrüfatların sayını 80 minədək artırıb. Digər sosial müdafiə tədbirlərinə aylıq müavinətlərin artırılması, subsidiyalaşma və kreditləşmə sistemində güzəştlər daxildir.
“Hökumət iqtisadiyyatın stabilləşməsinə yardım etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bura dövlət sektorunda 17 min müvəqqəti iş yerlərinin yaradılması, pandemiyadan zərər görmüş müəssisələrə bank kreditləri üçün faiz dərəcələrinin subsidiyalaşması və ayrı-ayrı dövlət müəssisələrinin maliyyə dəstəyi daxildir”, - bank vurğulayır.
Məlumatda qeyd olunur ki, Asiya İnfrastruktur Layihələr Bankı da bu məqsədlərə Azərbaycana $100 milyon məbləğində kredit ayırmağı planlaşdırır.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2020-2021-ci illər üçün COVİD-19 əleyhinə sosial maliyyə dəstəyi paketini 3,5 milyard manat ($2 milyarddan artıq) həcmində qiymətləndirir. Həmçinin, 2020-ci ildə proqram çərçivəsində onun reallaşdırılmasına 2,5 milyard manat ($1,5 milyarda yaxın), o cümlədən dövlət büdcəsindən – 2 milyard manat ($1,2 milyarda yaxın) yönəldilib.
Azərbaycan 1999-cu ildən etibarən AİB-nin üzvüdür. Əməkdsaşlıq dövrü ərzində bank respublikaya $5 milyarddan artıq məbləğində kreditlər ayırıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət