2021-ci ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 8 milyard 303 milyon 59,97 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 75% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
5 milyard 168 milyon 536,092 min manat (artım 1,7 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 633 milyon 480,887 min manat (artım 2,4 dəfə) olub. İlkin bazarda 1 milyard 103 milyon 699,132 min manatlıq, təkrar bazarda 529 milyon 781,755 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 535 milyon 55,205 min manat (artım 55,8%) təşkil edib. İlkin bazarda 3 milyard 397 milyon 172,682 min manatlıq, təkrar bazarda 137 milyon 882,523 min manatlıq not yerləşdirilib.
Yanvar-iyun aylarında BFB-nin ümumi dövriyyəsində 203 milyon 649,326 min manat (azalma 80%) korporativ bazarın payına düşüb. 112,5 milyon manat ilkin bazarın, 91 milyon 149,326 min manat təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 105 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib.
Yanvar-iyun aylarında BFB-nin ümumi dövriyyəsində 2 milyard 930 milyon 874,552 min manat (artım 3,9 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, aprelin sonuna birjanın kapitallaşması 4 milyard 234 milyon 334,813 min manat təşkil edib ki, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 9% çoxdur.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət