Buxarest 2022-ci ilin yayından Bolqarıstandan Azərbaycan qazını almağa hazır olacaq. Bunu Rumıniyanın energetika naziri Vircil Daniel Popesku deyib.
“Bu gün Sofiyada keçirilən “Üç dəniz təşəbbüsü” Sammiti çərçivəsində bolqarıstanlı həmkarım, bu ökənin energetika naziri Andrey Jivkov ilə işgüzar görüşüm olub. Bolqarıstan tərəfi 2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektorunun tikintisinin başa çatdırılacağına, yunan limanlarından Azərbaycan qazının və mayeləşdirilmiş qazın BRUA-ya (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya qaz kəməri) çatacağına təminat verib”, - deyə Popesku Facebook səhifəsində yazıb.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. TAP CQD layihəsinin bir hissəsidir və $38 milyard dəyərində qiymətləndirilir.
Avropaya illik 10 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulub. Bundan başqa, ildə 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayında başlanılıb.
Azərbaycan 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət