Hesablama Palatası tərəfindən “COVİD-19” pandemiyası ilə mübarizəyə yönəldilən dövlət vəsaitləri üzrə aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri başa çatdırılmaq üzrədir. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesablama Palatasından məlumat verilib.
Məlumata əsasən, nəticələrin rəsmiləşdirilməsi hesabat ilinin üçüncü rübündə həyata keçiriləcək.
Öncə Maliyyə Nazirliyindən məlumat verilib ki, Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə 2020-ci il dövlət büdcəsindən 1 milyard 985,6 milyon manat (cari məzənnə ilə $1 milyard 168 milyon) vəsait ayırıb.
Həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib.
Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard 334,1 milyon manat vəsait sərf olunub.
2020-ci il ərzində koronavirus pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq yardımlar göstərilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət