2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 13 milyon 545 min 898,77 ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $5 milyard 743 milyon 625,87 min dəyərində (artım 7,6%) neft ixrac edilib.
Yanvar-iyun aylarında ixracın ümumi strukturunda neftin payı 65,19% (2020-ci ilin I yarısında 69,47%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $56,5 təşkil edib.
DGK-nın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 6 ay ərzində neft ixracının 48,7%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İspaniya və Hindistan da daxil olub.
Bütövlükdə, hesabat dövründə Azərbaycan neftinin əsas həcmi Avropa ölkələrinə ixrac edilsə də, İsrail, Çin, Hindistan və Tunis daimi alıcılar olaraq qalır.
Yanvar-iyun aylarında ölkələr üzrə neft ixracının strukturu:
Ölkə |
Həcm (ton) |
Dəyər (min, $) |
İtaliya |
6593792,1 |
2756878,74 |
İspaniya |
865947,16 |
338 981,82 |
Hindistan |
845590,52 |
346 185,84 |
İsrail |
707759,32 |
322902,58 |
Portuqaliya |
568445,86 |
254801,46 |
Xorvatiya |
543516,7 |
228050,92 |
Ukrayna |
480800,72 |
173237,94 |
Tunis |
406537,03 |
178788,31 |
Türkiyə |
326657,8 |
136577,56 |
Kanada |
278174,6 |
140031,95 |
Çin |
277 516,67 |
102 592,36 |
Tailand |
277100,94 |
134110,72 |
Almaniya |
272078,76 |
128473,84 |
Belarus |
270691,94 |
118892,03 |
Böyük Britaniya |
270508,23 |
124677,97 |
Çexiya |
120392,67 |
61 012 |
Fransa |
91755,21 |
45737,11 |
İrlandiya |
87840,9 |
41737,54 |
Rumıniya |
84725,08 |
30584,11 |
Rusiya |
487,77 |
232,64 |
A.Əzizov*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət