2020-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin xalis zərəri 323,222 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 45,6% azdır.
“Azərsu” ASC-nin saytında dərc edilmiş 2020-ci ilə dair birləşdirilmiş maliyyə hesabatına əsasən, hesabat ilində cəmiyyət abonentlərə xidmət göstərilməsindən 184,246 milyon manat (azalma 4,6%) gəlir əldə edib. Bununla yanaşı, ötən il göstərilən xidmətlərin maya dəyəri 21,3% - 131,524 milyon manata qədər artıb.
Ötən il cəmiyyətin sair əməliyyat xərclərinin 2,6 dəfə - 207,855 milyon manata qədər azalması fonunda əməliyyat zərəri 320,251 milyon manat (azalma 45,8%) təşkil edib.
Hesabata əsasən, 2020-ci ildə “Azərsu” ASC-nin aktivləri 9,7% - 1 milyard 837 min manatadək, uzunmüddətli aktivləri 14% - 944,595 milyon manatadək artıb, qısamüddətli aktivləri 32,6% - 56,242 milyon manatadək azalıb.
Hesabat ilində ASC-nin öhdəlikləri 0,6% - 582,814 milyon manata qədər azalıb.
2020-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin kapitalı 418,023 milyon manat (artım 28,3%) təşkil edib. 2021-ci ilin əvvəlinə cəmiyyətin yığılmış zərəri 4,6% - 7 milyard 303,456 milyon manata qədər, əlavə kapitalı 9,3% - 6 milyard 820,384 milyon manata qədər artıb. Hesabat ilində ASC-nin nizamnamə kapitalı 400 milyon manat səviyyəsində qalıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət