Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər.
“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədərdir. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur”, - “Azərkontrakt”ın məlumatında deyilir.
Şirkətin məlumatına görə, tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.
“Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını SOCAR həyata keçirəcək”, - məlumatda vurğulanır.
“Azərkontrakt»ın qeyd etdiyi kimi, müqavilə tərəflərə öz neft-qaz infrastrukturundan optimal istifadə etməyə imkan verəcək.
“Ölkədə qaz hasilatının sürətlə artması fonunda Azərbaycan ölkə daxilində istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qış mövsümü üçün öz təbii qazının əlavə həcmini tədarük etmək imkanı əldə edir”, - şirkət məlumat verir.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC Azərbaycan prezidentinin 17 dekabr 1996-cı il tarixli fərmanı ilə keçmiş Material Ehtiyatları Nazirliyi və Ticarət Nazirliyinin bazasında yaradılıb.
2021-ci ildən “Azərkontrakt” təbii qazın topdan alqı-satqısı üzrə SOCAR-ın əvvəlki funksiyalarından birini yerinə yetirməyə başladı. Cari ildən başlayaraq qaz hasil edən şirkətlər ilə qazpaylayıcı və enerji istehsalçıları arasında vasitəçi rolunda sözügedən şirkət çıxış edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət