2021-ci ilin yekunları üzrə neftin orta qiyməti $65 olduğu halda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3,1 milyard təşkil edə bilər. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Neft qiymətlərinin və qeyri-neft ixracının artması ölkənin tədiyə balansına müsbət təsir edir. Bu il neftin orta qiyməti $65 olduğu halda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3,1 milyarda və ya ÜDM-nin 6,5%-nə bərabər ola bilər”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
2021-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $627,7 milyon və ya ÜDM-nin 5,7%-ni təşkil edib. 2021-ci ilin yanvar-mart aylarında bir barel neftin orta qiyməti $52 (bir il əvvəl $58) təşkil edib.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $227,6 milyon və ya ÜDM-nin 0,5%-ni (2019-cu ildə $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı) təşkil edib. Kəsir neftin qiymətinin daha ucuz olması (2020-ci ildə bir barel neftin orta qiyməti $41, 2019-cu ildə $64 təşkil edib) və OPEC+ razılaşması çərçivəsində ixracın azalması ilə bağlı olub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət