2021-ci ilin yanvar-iyul aylarında “AccessBank” 320 milyon manatdan artıq məbləğdə kredit verib. Bu barədə “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya bəyan edib.
«2021-ci ilin 7 ayı ərzində 324,2 milyon məbləğində kredit vermişik. Bunun 4 milyon manatı Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə, 16,5 milyon manatı - Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə əməldaşlıq çərçivəsində verilib”, - Qaşikulina bankın mətbuat xidmətində müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda məhsullar baxımından sənədli əməliyyatlara və zaminsiz kreditlərə tələb artıb. Bundan başqa, bank müştərilərə sürətli kredit təqdim etmək üçün yeni əməliyyat sisteminə - CRM-BPM keçir.
“Sistem artıq pərakəndə satış seqmenti üçün tətbiq edilib, indi isə mikro kreditlər üzrə hazırlanır. Sistem, “Asan Finance”, Mərkəzi Kredit Reyestri kimi xarici tərəfdaşlarla avtomatik inteqrasiyanı nəzərdə tutur. Təhlil prosesinin sadələşdirilməsi və sorğuların təsdiqlənməsi, sistemi daha da effektiv edir”, - Qaşikulina vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi.
“İlin əvvəlindən bankın biznes portfeli 30 milyon manat, fiziki şəxslər üzrə depozit portfeli isə 29,9 milyon manat artdı, biznes müştərilərin dövriyyəsi isə pandemiyadan əvvəlki səviyyəsinə qayıtdı”, - Qaşikulina vurğulayıb.
Həmçinin, o qeyd edib ki, bank cari ilin birinci yarısı ərzində beynəlxalq standartlara görə 4,5 milyon manat mənfəət əldə edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublikanın 7-ci aparıcı bankıdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət