31 iyul 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 33 milyard 668,1 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-iyul aylarında bankların aktivləri 5% artıb.
İyulun sonuna bankların kredit portfeli 14 milyard 966,5 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,7% - İF) təşkil edir.
İyulun 31-nə bankların ümumi kapitallaşması 4 milyard 768,4 milyon manat (artım 1,5% - İF) təşkil edir.
Bankların öhdəlikləri 28 milyard 899,7 milyon manata (artım 5,6%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 371 milyon manat məbləğində (azalma 0,9%) qiymətləndirilir. Banklarda depozit portfeli 22 milyard 849,3 milyon manat (artım 10,3%), o cümlədən əhalinin əmanətləri 8 milyard 439,5 milyon manat (artım 4,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında bankların ümumi xalis mənfəəti 408,9 milyon manat təşkil edib (2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə azalma 4,5%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 184,6 milyon manat (artım 6,7%), o cümlədən verilmiş kreditlər üzrə 948,4 milyon manat (artım 7,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 487,9 milyon manat məbləğində (artım 30,7%) olub.
Bu dövrdə bankların faiz xərcləri 307,1 milyon manat (artım 9%), o cümlədən depozitlər üzrə 201,6 milyon manat (artım 12,6%), qeyri-faiz xərcləri 771,5 milyon manat (artım 17,4%) təşkil edib.
7 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 574,7 milyon manat (artım 13,3%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 480,8 milyon manat məbləğində (azalma 8,1%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 71,9 milyon manat (azalma 24,6%) təşkil edib.
31 iyul 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
İyulun sonuna bankların 465 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,2%) və 102 şöbəsi (azalma 6,4%) var.
Bank sektorunda 19,169 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,5% - İF) çalışır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət