Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi Qafqaz şərab marşrutuna daxil ediləcək. Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.
Onun sözlərinə görə, sözügedən istiqamətlər erməni işğalı altında olduğu üçün 2019-cu ildə tərtib edilən bu marşruta daxil edilməmişdi. “Lakin indi bölgə işğaldan azad edildiyi üçün Hadrut qəsəbəsi və Tuğ kəndi marşruta daxil ediləcək”, - deyə Həsənova vurğulayıb.
O əlavə edib ki, şərab marşrutu tərtib edilərkən Gürcüstanla yanaşı, Rusiya Federasiyasının Krasnodar vilayəti də ora daxil edilib. “Beləliklə, xarici turistlər üçün Qafqazın şərab zavodları üzrə turizm paketi Azərbaycan, Gürcüstan və Rusiya regionlarını əhatə edəcək”, - deyə Həsənova bildirib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət