Son illər ərzində biz (Gürcüstan və Azərbaycan) bütün (əməkdaşlıq) istiqamətlər üzrə böyük irəliləyiş nümayiş etdirmişik, lakin potensialın daha artıq olduğunu hesab edirəm, və bu potensialı tam reallaşdırmaq lazımdır. “İnterfaks-Azərbaycan” agentliyi Gürcüstan Hökuməti Aparatının mətbuat xidmətinə istinadən məlumat verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çərşənbə günü Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bəyan edib.
“Bugünkü görüş cari məsələləri təkrar nəzərdən keçirməyə və gələcək üçün planlar tərtib etməyə yaxşı imkan verir”, - Gürcüstanın baş naziri bildirib.
Onun sözlərinə görə, Azərbaycan nəinki Gürcüstanın dostu və qonşusu, həm də əsas strateji təfdaşlarından biri, əsas ticari-iqtisadi tərəfdaşdır.
“Əlbəttə ki, biz münasibətlərimizi çox qiymətləndiririk. Ticarət, iqtisadiyyat sahəsində əməkdaşlıq inkişf edir. Artıq neçə illərdir ki, Azərbaycan sərmayələr üzrə ölkəmizdə aşkar liderdir”, - Qaribaşvili qeyd edib.
Baş nazir vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş səmərəli keçib. “Bu gün mənim prezident İlham Əliyev ilə görüşmək imkanın oldu, çox səmərəli söhbət baş tutdu. Biz iqtisadi əməkdaşlıq barədə danışdıq, gələcəkdə dərinləşməsi və güclənməsi, ticarət dövriyyəsinin iki dəfə artması, sərmayə həcminin isə artırılmasının zəruriliyini qeyd etdik”.
Həmçinin, Qaribaşvili qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında “nəinki ticari-iqtisadi sahədə, həm də bütün istiqamətlər üzrə, o cümlədən, umanitar və mədəniyyət sahələrində əla əməkdaşlıq mövcuddur”.
“Qeyd etmək istərdim ki, pandemiya dövründə Azərbaycan bizə böyük yardım edib – bizim dostumuz, bizim qardaşımız. Hər kəsin önündə sizə buna görə minnətdarlığımı bildirmək istəyirəm”, - Gürcüstan hökumətinin rəhbəri bildirib.
Tərəflər iclas zamanı ikitərəfli iqtisadi əlaqələrin gələcəkdə aktivləşdirilməsi, ticarət dövriyyəsinin stimullaşdırılması və enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. **
A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət