Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov 2021-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabı üzrə yaxşı nəticələr gözləyir.
“İlin birinci yarısının yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8%-ni təşkil edib. Tədiyə balansının göstəricilərinə, əsasən neft amili təsir edir. Ancaq gördüyünüz kimi, neftin qiyməti bahalaşır. Buna görə də biz çox yaxşı nəticələr gözləyirik”, - deyə Rüstəmov bu gün “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq jurnalistlərə bildirib.
Bununla belə, o, cari əməliyyatlar hesabının profisitinin necə ola biləcəyini dəqiqləşdirməyib.
Rüstəmov əlavə edib ki, ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları $2 milyarddan çox artıb. “Düşünürəm ki, bu trend ilin sonuna qədər davam edəcək”, - deyə AMB sədri əlavə edib.
Xəbər verildiyi kimi, 2021-ci ilin I yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 878,4 milyon təşkil edib və ötən ilin analoji dövrünün göstəricisini 3,1 dəfə üstələyib. Mərkəzi Bankın saytında dərc edilmiş tədiyə balansına əsasən, 2021-ci ilin birinci yarısında neft-qaz sektoru üzrə profisit $4,6 milyard (artım 40,7%), qeyri-neft sektoru üzrə kəsir $2,7 milyard (artım 1,8%) təşkil edib.
2021-ci ilin yanvar-iyun aylarında neftin bir barelinin orta qiyməti $57,7 (bir il əvvəl $41,8) təşkil edib.
E.Rüstəmov daha əvvəl bildirmişdi ki, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neftin orta qiyməti $65 olmaqla $3 milyardı ötəcək.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $227,6 milyon və ya ÜDM-in 0,5%-ni (2019-cu ildə $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı) təşkil edib. Kəsir neftin qiymətinin daha ucuz olması (2020-ci ildə neftin orta qiyməti $41, 2019-cu ildə $64 təşkil edib) və OPEC+ razılaşması çərçivəsində ixracın həcminin azalması ilə əlaqədar olub.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət