Amerikanın “Trans Caspian Resources” (TCR) şirkəti Türkmənistana Transxəzər qaz kəməri əvəzinə Transxəzər interkonnektoru layihəsini (Azərbaycan istiqamətində daha az gücə malik qaz nəqli magistralı) həyata keçirməyi təklif edir.
“Biz Transxəzər qaz kəmərindən daha az iddialı layihə təklif edirik. Bu, Türkmənistanın Xəzərdəki quyularından təbii qazın Azərbaycanın mövcud infrastrukturuna çatdırılması üçün orta gücə malik xətdir”, - deyə şirkətin rəhbərlərindən biri olan Allan Mastard bu gün “Türkmənistan nefti və qazı” adlı XXVI Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, $500-800 milyon məbləğində qiymətləndirilən layihə Transxəzər qaz kəməri ilə müqayisədə daha az investisiya qoyuluşunu nəzərdə tutur.
Yeni magistralla ildə 12 milyard kubmetrə yaxın qaz nəql edilə bilər. “Xəzər interkonnektoru Türkmənistana cəmi 24 aydan sonra 10-12 milyard kubmetr təbii qazın ixracına zəmanət verə bilən kifayət qədər sadə layihədir”, - deyə A.Mastard qeyd edib.
O iddia edir ki, son illərdə yanacaq energetikası sahəsində klassik layihələrə ehtiyatla yanaşan investorlar bərpa olunan enerji mənbələrinə daha çox diqqət ayırırlar.
Xəbər verildiyi kimi, Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik Transxəzər qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir. Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olub.
Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər (bu halda Azərbaycan və Türkmənistan) arasında razılaşdırılır.
Aİ Transxəzər qaz kəmərini perspektivli layihələr siyahısına daxil edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət