Gürcüstana təbii qazın əsas tədarükçüsü olan “SOCAR Georgia Gas” şirkəti (SGG, SOCAR-ın törəmə şirkəti) 2021-ci il dekabrın 1-dən kommersiya abonentləri üçün 1 kubmetr təbii qazın qiymətinin ƏDV daxil olmaqla21% - 1,15 lariyə qədər (təxminən $0,36) artırılacağını elan edib.
“Qiymətlərin tənzimlənməsi zərurəti xidmət xərclərinin artması və milli valyutanın məzənnəsinin dəyişməsi, eləcə də dünyada enerji daşıyıcılarının qiymətinin bahalaşması ilə bağlıdır. Eyni zamanda, çörəkbişirmə şirkətləri üçün qazın qiyməti dəyişməz olaraq qalacaq”, - deyə şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, şirkət qeyri-əhali abonentləri üçün təbii qazın qiymətini son 2,5 il ərzində (2019-cu il martın 1-dən – İF) 0,95 lari səviyyəsində saxlamışdı.
“SOCAR Georgia Gas” MMC 2007-ci ildə Gürcüstanda təbii qaz bazarının inkişaf etdirilməsi məqsədilə təsis edilib. Şirkət ölkə ərazisinə (Tbilisi istisna olmaqla) təbii qazın tədarükü və paylanmasını həyata keçirir, bölgələrin qazlaşdırılmasına və qaz infrastrukturunun inkişafına $300 milyondan çox sərmayə yatırıb. SGG 250 mindən çox yeni abonentin qaz şəbəkəsinə qoşulmasını təmin edib və hazırda bölgələrdə 600 mindən çox abonentə xidmət göstərir.
2021-ci il üçün təbii qaz balansına əsasən, Azərbaycan Gürcüstana qazın əsas tədarükçüsü olaraq qalır. Azərbaycandan 2 milyard 518,7 milyon kubmetr təbii qazın alınması nəzərdə tutulur ki, bu da 2020-ci ilin göstəricisindən 8,1% çoxdur.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət