“VMedia” YouTube kanalında yeni videoçarx yerləşdirilib. Videoçarxın “qəhrəman”ı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır.
Kanalın müəllifləri “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, görünür, Ohanyan kanalın Serj Sarkisyan haqqında əvvəlki videosuna (https://www.youtube.com/watch?v=gwFLK8UPZ1Y) baxıb. Həmin videoda qeyd olunmuşdu ki, əgər “Axmaq və ondan da axmaq” filminin qəhrəmanları iki nəfər idisə, Sarkisyanın komandasında onların sayı daha çox idi.
Nəticədə, Ohanyan özünü unudulmuş və diqqətdən kənar qalmış hiss etdi və bu “şərəfli” siyahıya düşməyə can atdı. O, bu məqsədə özünəməxsus tərzdə - öz həmvətənlərini regionda nəqliyyat dəhlizlərinin açılmasının qorxunc fəsadları ilə qorxutmaqla nail olmaq qərarına gəldi. Bununla belə, bu uğursuz hərbçi unudub ki, məhz Ermənistan 30 il ərzində kommunikasiyaların bağlı olmasının mənfi nəticələri barədə bar-bar bağırırdı. İndi isə dinc həyata və açıq yollara qayıtmaq imkanı yarananda birdən-birə məlum olur ki, Ohanyan buna qarşı imiş... Amma Ohanyan öz hərbi karyerasının uğursuzluqlarını heç qorxulu yuxu kimi də xatırlamaq istəmir”, - deyə videonun müəllifləri qeyd edirlər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət