Türkiyənin milli müdafiə naziri Hulusi Akar İrəvanı sülhün əldə olunması istiqamətində addım atmağa çağırıb.
“Biz prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülhün bərqərar olması məqsədilə Ermənistana uzatdıqları əlin fürsət kimi dəyərləndirilməsini, eləcə də bu fürsətin həyata keçirilməsini istəyirik”, - deyə o, Bakıda keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri istənilən təhlükənin aradan qaldırılması üçün azərbaycanlı hərbçilərlə “non-stop” rejimində birgə iş aparır, o cümlədən işğaldan azad edilmiş əraziləri minalardan və əldəqayırma partlayıcı qurğulardan təmizləyir.
H.Akar deyib ki, Qarabağda minalardan təmizlənmiş ərazilər Azərbaycanın iqtisadi sisteminin bir hissəsinə çevrilir.
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə toxunan milli müdafiə naziri qeyd edib ki, Mərkəzin vəzifələri və fəaliyyət çərçivəsi məlumdur.
“Zaman-zaman insidentlər baş verir, amma Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu məsələlərə lazımi düzəlişlər edir və ideyalar irəli sürür”, - deyə o vurğulayıb.
H.Akarın sözlərinə görə, Mərkəzin işinin müəyyən edilmiş çərçivədə həyata keçirilməsi üçün bütün səylər göstərilir. “Məqsədimiz bölgədə sabitliyin və atəşkəs rejiminin davamlılığını təmin etməkdir. Biz bu məsələdə qətiyyətimizi, səmimiyyətimizi, dostluğumuzu ortaya qoymuşuq. Mərkəzdə Rusiya və Türkiyə hərbçiləri ilə yanaşı, Azərbaycanın inzibati qurumları və təhlükəsizlik qüvvələrinin əməkdaşları da fəaliyyət göstərirlər. Birgə Mərkəzin fəaliyyəti nəticəsində atəşkəsin pozulması hallarının xeyli azaldığını, sabitliyin təmin olunması üçün önəmli addımların atıldığını müşahidə edirik”, - deyə türkiyəli nazir vurğulayıb.
O əlavə edib ki, Birgə Monitorinq Mərkəzindəki Türkiyə Silahlı Qüvvələrinin mənsubları üzərinə düşən vəzifələri böyük həvəslə yerinə yetirirlər. “Bəzi xırda problemlər olsa da, biz onları danışıqlar yolu ilə həll etməklə irəliləyişə nail ola bilirik”, - deyə H.Akar qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət