BP şirkətinin baş icraçı direktoru Bernard Luni Azərbaycana ikigünlük planlaşdırlmış səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan”a BP-Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
“Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev cənab Lunini qəbul edib. Görüş zamanı BP-nin Xəzər regionunda əsas fəaliyyətini təşkil edən neft-qaz layihələri çərçivəsində həyata keçirilən iş müzakirə olunub”, - Bayatlı məlumat verib.
Onun sözlərinə görə, Əliyev ilə görüş zamanı Luni həmçinin BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlığına sadiqliyini təsdiq edib, şirkəıtin planları və Azərbaycanda və bölgədə bərpa olunan enerji mənbələri üzrə layihələr də daxil olmaqla, enerji keçidi sahəsində əməkdaşlıq üçün BP-nin yeni imkanlar axtarmaq niyyəti barədə söz açıb.
“O cümlədən, Luni bu gün SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb. Həmçinin, Luni öz səfəri zamanı BP-nin Azərbaycanın, Gürcüstanın və Türkiyənin regionlarında bütün əməkdaşları ilə onlayn görüşlər də daxil olmaqla, bir sıra digər görüşlər keçirməyi planlaşdırır”, - Bayatlı bildirib.
Onun sözlərinə görə, cümə günü Luni “Mərkəzi Şərqi Azəri” platformasının yuxarı modullarının quraşdırıldığı meydançanı ziyarət edəcək. “Hazırda layihənin 60%-ni başa çatıb, layihədə Bakı, Avropa və Böyük Britaniyada 5500 nəfər çalışır. Layihə çərçivəsində ilk hasilat 2023-cü ildə planlaşdırılır”, - Bayatlı deyib.
“Mərkəzi Şərqi Azəri” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur. Layihə çərçivəsində tikinti işləri 2022-ci ilin ortalarınadək davam edəcək. “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində ilk neft hasilatına 2023-cü ildə başlanılması planlaşdırılıb.
AÇG layihəsinin iştirakçıları BP (layihənin operatoru - 30,37%), SOCAR (25%), “MOL” (9,57%), “ExxonMobil” (6,79%), ONGC (2,31%), “Inpex Corp.” (9,31%), “ITOCHU Oil” (3,65%), “Equinor” (7,27%) və TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət