Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gemza Group LLC Azərbaycan şirkətinə 8 milyon avro məbləgində kredit ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Layihə son dəfə nəzərdən keçirilib və bank tərəfindən təsdiq olunması gözlənilir.
“Kredit vəsaiti Gemza Group LLC-nin dövriyyə kapitalına olan tələbatının ödənilməsi və əsaslı xərclərə (CAPEX) yönəldiləcək”, - bankdan vurğulanıb.
2005-ci ildə təsis olunan Gemza Group LLC törəmə şirkətləri vasitəsilə neft-qaz sənayesi üçün fırlanan avadanlığın tədarükü ilə məşğuldur, ehtiyat hissəsləri istehsal edir və Azərbaycanda, MDB ölkələrində, BƏƏ və Türkiyədə bu cür avadanlığın təmiri, texniki xidməti və əsaslı təmiri üzrə xidmətlər göstərir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycanda 177 layihənin maliyyələşdirilməsinə təxminən 3,5 milyard avro vəsait ayırıb. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli 35 layihədən ibarətdir, bu layihələrə 1,132 milyard avro ayrılıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət