Dövlət Gömrük Komitəsi (DGK) İrandan ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısının alınması barədə məlumat yayıb.
Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına “maye sabunlar və uşaq bezi” yükü gətirən “Scania” markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib. Yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin dartıcısının sol və sağ tərəfində eyni ölçülü yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilər müşahidə olunub. Bundan sonra “Scania” markalı yük avtomobili ətraflı yoxlanılarkən çənlərin hər ikisinin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olub. Yoxlama məqsədi ilə yanacaq çənləri köməkçi alətlər vasitəsi ilə sökülüb. Baxış zamanı üç hissəyə bölünmüş sol çənin sağ hissəsindəki xüsusi saxlanc yerindən 48 ədəd, dartıcının sağ tərəfində olan yanacaq çəninin içərisindəki xüsusi saxlanc yerindən isə 157 ədəd olmaqla, ümumilikdə 205 ədəd təqribən eyni ölçülü və düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Həmin bağlamalar açılıb və içərisində preslənmiş halda, açıq-qəhvəyi rəngli, ümumi çəkisi 218 kq 334 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.
DGK-dan bildiriblər ki, aşkar edilən heroinin Avropanın qara bazarında dəyəri 26 milyon manat (cari məzənnə ilə $15,3 milyon) təşkil edir.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət