Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC tərəfindən COVID-19 PZR testlərinin istehsalına başlanılıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İstehsal olunan testlər yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğundur. Həmçinin müəssisədə COVID-19-un mutasiyaları testlərinin aparılması üçün istifadə olunan reagentlərin istehsalına da başlanılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Hazırda müəssisədə insulin şprislər, 1, 2, 5, 10, 20, 50 qramlıq şprislər, infuziya dəstləri və s. istehsal edilir.
“Şpris istehsalı müəssisəsi fəaliyyətə başlayandan indiyədək 9 milyon manatlıq satış həyata keçirilib”, - deyə məlumatda qeyd olunur.
“Diamed Co” zavodu 2019-cu ilin may ayında Pirallahı Sənaye Parkının ərazisində istismara verilib. Zavodun tikintisinə investisiya qoyuluşları 9,5 milyon manat (təxminən $5,6 milyon) məbləğində olub. Şirkət zavodun inşası üçün 5 milyon manat güzəştli kredit alıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət