Xəzər bölgəsinin aparıcı hava yükdaşımaları şirkəti olan “Silk Way West Airlines” donanmanın yenilənməsi məqsədilə “Rolls-Royce” ilə strateji müqavilə imzalayıb.
Müqavilə “Dubai Airshow 2021” sərgisi çərçivəsində imzalanıb.
““Silk Way West Airlines” şirkətinin RB211-524 mühərrikli beş “Boeing 747-400F” təyyarəsi üçün əvəzedici mühərriklər təchiz edəcək müqavilə, eyni zamanda, aviaşirkətin 2026-cı ilədək əməliyyat dayanıqlılığını, habelə donanmanın yenilənməsi proqramının bir hissəsini təmin edəcək. Razılaşmaya əsasən, “Silk Way West Airlines” növbəti beş il ərzində mühərrik istismar müddətinin ən az 20 000 uçuş dövrü ilə təmin ediləcək”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
“Qlobal tərəfdaşlarımızdan biri ilə sıx münasibətlərin bir hissəsi kimi bu sazişin imzalanması ikitərəfli münasibətlərimizin tarixində yeni mərhələdir. Bunun sayəsində, “Silk Way West Airlines” planlaşdırılmış donanma yenilənməsi ilə bağlı biznes strategiyasını uğurla həyata keçirə biləcək”, - deyə “Silk Way Group”un prezidenti Zaur Axundov bildirib.
Öz növbəsində, “Rolls-Royce Civil Aerospace” şirkətinin prezidenti Kris Kolerton şirkətin “Silk Way West Airlines” ilə işləməyə davam etmək və gələcəkdə əlaqələri möhkəmləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.
“Biz “Silk Way West Airlines” ilə imzalanmış müqavilədən məmnunuq. Mövcud mühərriklərdən “Silk Way West Airlines” donanmasının saxlanması üçün sərfəli istifadə aviaşirkətin 2026-cı ilədək olan əməliyyatlarının dəstəklənməsi baxımından səmərəli və məntiqli həll yoludur”, - deyə o vurğulayıb.
2017-ci ildən etibarən “Silk Way West Airlines” “Boeing 747-400F” aviaparkına texniki xidmət göstərən “Rolls-Royce” aviaşirkətlə əməkdaşlıq edir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.
“Rolls-Royce plc” 150-dən artıq ölkədə 400-dən çox aviaşirkət və lizinq müştərisinə, habelə 160 silahlı qüvvə və donanmaya, 5000 enerji və nüvə müştərisinə xidmət göstərir. Şirkətin illik əsas gəliri 2020-ci ildə 11,76 milyard Britaniya funt-sterlinqi təşkil edib, “Rolls-Royce” tədqiqat və inkişaf məqsədilə 1,25 milyard funt-sterlinq sərmayə qoyub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət