Azərbaycan hökuməti qeyri-neft sektorunun illik 5% səviyyəsində sabit artımını təmin etməyi planlaşdırır. Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
“Hökumətin bütün proqnozları (2022-ci il və növbəti illər üçün - İF) makroiqtisadi sabitlik platforması əsasında hazırlanıb. Bu, biznesə, əhaliyə vacib mesajımızdır. 2022-ci il üçün iqtisadi artım (qeyri-neft sektorunda - İF) 4,9% səviyyəsində proqnozlaşdırılır. Məqsədimiz qeyri-neft sektorunun illik 5% səviyyəsində artımını sabitləşdirməkdir”, - deyə E.Rüstəmov bu gün parlamentdə gələn il üçün pul-kredit siyasətinin prioritetlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, postpandemiya dövrü qarşıda duran çağırışlara adekvat cavab verilməsini tələb edir. O, əsas iqtisadi çağırışlar arasında neftdən asılılığın azaldılmasının vacibliyini, dövlət borcu məsələsinin nəzarətdə saxlanılmasını, inflyasiyanın məqbul trayektoriyaya qaytarılmasını qeyd edib.
“Bundan irəli gələrək Mərkəzi Bank kontrtsiklik pul siyasəti həyata keçirəcək. Biz, həmçinin pul siyasəti islahatını da davam etdirəcəyik. Xüsusilə inflyasiyanın hədəflənməsi rejiminin sonuncu mərhələsinə keçmişik. Hesab edirik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçid inflyasiyanın səviyyəsini daha səmərəli idarə etməyə imkan verəcək, bu istiqamətdə əlavə imkanlar yaradacaq”, - deyə AMB sədri əlavə edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ÜDM-i 4,9%, 2023-cü ildə 5,2%, 2024-cü ildə 5,3%, 2025-ci ildə 4,9% artacaq.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət