Noyabrın 21-də Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb. Bu barədə Azərbaycan KİV-i məlumat yayıb.
Görüşdə Azərbaycan ilə İran arasında neft və qaz sahəsində mövcud əməkdaşlığın qarşılıqlı faydalı və səmərəli olduğu vurğulanıb. Qaz mübadiləsi sahəsində mövcud razılaşmaların icra vəziyyəti müzakirə edilib və bu çərçivədə aparılan işlərin davam etdirilməsi məqsədəmüvafiq hesab olunub.
Eyni zamanda, əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib, habelə neft və qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında faydalı müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də iştirak edib.*
A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət