“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci il ərzində xalis zərəri 480,068 milyon manat təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 2,1 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, cəmiyyətin saytında dərc olunan 2020-ci il ərzində birləşdirilmiş maliyyə hesabatına əsasən, hesabat ilində ADY-nin gəlirləri 422.299 milyon manat (artım 4%). Həmçinin, yükdaşımalardan gəlirlər 319,24 milyon manat (artım 1,9%), sərnişin daşımalarından gəlirlər – 4,254 milyon manat (azalma 4,9 dəfə), tikintisən – 55,341 milyon manat (artım 2,5 dəfə), digər gəlirlər – 43,464 milyon manat (azalma 11,9%).
2020-ci ildə ADY-nin xarici valyuta ilə əməliyyatlardan gəliri 2019-cu ildə 28,801 milyon manat xalis gəlirə qarşı 146,837 milyon manat təşkil edib.
ADY-nin əməliyyat xərcləri 514.323 milyon manat təşkil edib (artım 11,9%).
2020-ci ildə cəmiyyətin vergiöncəsi zərəri 515,157 milyon manat (artım 2,3 dəfə), mənfəət vergisi üzrə ödənişləri – 1,03 milyon manat (azalma 3,7 dəfə) təşkil edib. Hesabat dövründə digər ümumi zərəri (xarici valyuta ilə məliyyatlar üzrə məzənnə fərqi) 36.119 milyon manat təşkil edib (artım 13,9 dəfə).
Nəticədə, hesabat dövründə cəmiyyətin xalis zərəri 480,068 milyon manat təşkil edib (artım 2,1 dəfə).
Maliyyə hesabatına əsasən, 1 yanvar 2021-ci il tarixinə ADY-nin aktivləri 5 milyard 145,529 milyon manat (artım 5,9%) təşkil edir. 2020-ci ilin sonuna qısamüddətli aktivlər 324.978 milyon manata, uzunmüddətli aktivlər – 4 milyard 820,551 milyon manata bərabərdir. Uuznmüddətli aktivlərin strukturunda əsas həcm əmlak, tikinti və avadanlığın payına düşür – 4 milyard 503.787 milyon manat (artım 9,1%).
1 yanvar 2021-ci il tarixinə ADY-nin kapitalı 2 milyard 149,897 milyon manata (artım 14,5%) bərabərdir. Həmçinin, 2021-ci ilin əvvəlinə cəmiyyətin nizamnamə kapitalı 906,062 milyon manat (2020-ci il ərzində artım 12,4%), dövlət investisiyaları – 3 milyard 445,8 milyon manat (artım 23,4%), yığılmış zərəri – 2 milyard 212,434 milyon manat (artım 30,4%) təşkil edib.
Cari ilin əvvəlinə cəmiyyətinin öhdəlikləri 2 milyard 995,632 milyon manat (artım 0.6%), həmçinin uzunmüddətli öhdəlikləri – 2 milyard 408,057 milyon manat, qısamüddətli öhdəlikləri – 587,575 milyon manat təşkil edir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət