Səudiyyə Ərəbistanı Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdır. Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih deyib.
“Səudiyyə Ərəbistanı Azərbaycanla energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”, - deyə o, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında bildirib.
Nazir vurğulayıb ki, Səudiyyə Ərəbistanı şirkətləri bu sahələrə investisiya yatırmaq istəyir.
Öz növbəsində, komissiyanın həmsədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyyəli investorları sənaye zonalarına və aqroparklara, o cümlədən Sumqayıt kimya sənaye parkı, Yüksək texnologiyalar parkı, Mingəçevir yüksək texnologiyalar parkı və Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları və Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinə sərmayə yatırmağa dəvət edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu və Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycanda turizm infrastrukturunun inkişafına öz töhfəsini verə biləcəyini diqqətə çatdıran nazir, eyni zamanda, kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılmasının, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrinə səudiyyəli iş adamlarının cəlb edilməsinin, Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına idxalının potensial əməkdaşlıq sahələri kimi önə çəkib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət