Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Yasamal rayonunda inşa edilən yaşayış kompleksinin (Yasamal-2) ərazisinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının inşası üzrə əlavə işlərin həyata keçirilməsinə 480 min manata yaxın vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA “Körpü Bina Tikinti” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 472 min 179,44 manatdır.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Ümumi sahəsi 15,4 hektar təşkil edən yaşayış kompleksinin təməli 2018-ci il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Yeni yaşayış kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, üç uşaq bağçasının və 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət