Türkiyənin “Demirören” Holdinqi Azərbaycanda əczaçılıq məhsullarının istehsalı və satışının təşkili üçün birgə müəssisə yaradacaq.
Dekabrın 17-də İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 milyon ABŞ dollarınadək investisiya yatıracaq.
“Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Müəssisədə istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcək.
Nazirlik qeyd edir ki, bu ilin fevralında imzalanmış müqaviləyə əsasən, “Azərlotereya” ASC “Demirören” Holdinqə daxil olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq, “Demirören” Holdinq “Azərlotereya” ASC-dən sonra ikinci layihəsinə də qısa müddətdə başlamağa qərar verib.
“Demirören” Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören” Holdinq 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
“Demirören” Holdinq, həmçinin Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa “CNN Türk”, “Kanal D” kimi məşhur televiziya və radio kanalları, “Milliyət”, “Hürriyyət”, “Posta” və s. qəzetlər daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət