Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətni bazar ertəsi dövlət baçısının saytında dərc olunub.
2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərsin.
Sazişi sentyabrın 30-da Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert imzalayıblar.
Xəbər verildiyi kimi, saziş energetika sahəsində neft-qaz, neft-kimya,bərpa olunan enerji,o cümlədən bioenerji istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsini və müvafiq təsərrüfat subyektləri arasında hər iki ölkənin milli qanunvericiliklərinə uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur.
Həmçinin üçüncü ölkələrlə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinə dəstək də ifadə olunur. Bundan başqa, sənəd yaşayış sektorunda və iri enerji tutumlu müəssisələrdə enerji səmərəliliyi və enerjiyə qənaət üzrə əməkdaşlığın inkişafını, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, təlimlər, birgə seminar, konfrans və forumların keçirilməsi kimi məsələləri əhatə edir.
Sazişə əsasən, energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun yaradılması da planlaşdırılır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət