SOCAR-ın Rumıniyada yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
“Rumıniyanın Sibiu regionunun eyniadlı şəhərində, Sibiu Beynəlxalq Hava limanı yaxınlığında yerləşən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə Rumıniya ərazisində açılmış 67-ci “SOCAR” brendli YDM-dir”, - “İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən xəbər verir.
Yeni məntəqədə quraşdırılmış üçsayğac dördkiçik və ikiböyük avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına imkan verir. Burada “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının, habelə maye qazın (LPG) satışı həyata keçirilir.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinə malikdir.
SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışı bazarında fəaliyyətə 2011-ci ildən başlayıb. Bu günədək şirkət tərəfindən ölkədə 550-yə yaxın iş yeri yaradılıb və 64 milyon avrodan artıq sərmayə yatırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət