Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
“Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram”, - Çin liderinin təbrik məktubunda deyilir.
Qazaxıstanın birinci prezidenti – Elbası Nursultan Nazarbayev təbrik məktubunda qeyd edib ki, “Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcək”.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev təbrik məıktubunda qeyd edib ki, “siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir”.
Belarus prezidenti Aleksandr Lukaşenko Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edir. “Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq”, - təbrik mıktubunda deyilir.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov təbrik məktubunda Bakı ilə Aşqabad arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə Əliyevin şəxsi diqqətini və hərtərəfli dəstəyini xüsusi qeyd edib.
Tacikistan prezidenti Emoməli Rəhmon təbrik məktubunda vurğulayıb ki, “ikitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda sizin adınızla bağlayırlar”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təbrik məktubunda Bakı-Tbilisi münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində İlham Əliyevin şəxsi səylərini yüksək qiymətləndirdiyini qeyd edib. “Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək, son nəticədə ölkələrimizə firavanlıq, sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluğa və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcəklər», - Qaribaşvili yazıb.
Qeyd edək ki, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 60 yaşı tamam olur. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət