Azərbaycan hökuməti 2022-ci ildə inflyasiyanın qorunması üzrə tədbirlər çərçivəsində qiymətlərin suni artımına qarşı tədbirləri gücləndirəcək. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır”,- Cabbarov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, 2021-ci ildə ölkə iqtisadiyyatında ən mənfi amil inflyasiya olub, çünki o əhalinin real pul gəlirlərini azaldır.
Cari il inflyasiyanın sürətlə getdiyi sektorlar arasında nazir qida sahəsi, tikinti materialları bazarı və xammal bazarını qeyd edib.
“Bu məhsulların xüsusilə Azərbaycanda istehsalı azdır və ya istehsal edilmir, onların idxalından aslıyıq. Bu birabaşa olaraq qiymət artımının daxili bazara ötürülməsidir. Burada təbii olaraq hökumətin əlində o qədər də çox alət yoxdur”, - nazir deyib.
Cabbarov əlavə edib: “Lakin biz çalışırıq ki, sosial əhəmiyyət kəsb edən məhsullara görə, yaxud da sosial müdafiə nəzərindən həssas olan təbəqələrə xüsusi yanaşma tətbiq edilsin. Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən45-50% artıb. Biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir. Yenı də subsidiyalar dövlət büdcəsindən verilir və biz bu vəsaiti digər məqsədlərə yönəldə bilmərik”.
Nazirin rəyinə görə, inflyasiyanın qirunması məsələsində ikinci mühüm məsələ qiymətlərin suni artımına yol verməməyə dair tədbirlərdir və bu istiqamətdə fəaliyyət gücləndirilib. “2022-ci ildə bu bizim prioritetimiz olacaq”, - Cabbarov vurğulayıb.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.
2021-ci ildə inflyasiya tendensiyalarının artımı müşahidə olunur. Azərbaycan hökuməti bunu idxal inflaysoyası, həmçinin emerji daşıyıcılarına və ölkə daxilində MKT xidmətlərinin qiymətlərinin artımının müəyyən təsiri ilə əlaqələndirir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6% (2021-ci ilin 11 ayı ərzində 6,2% - İF) təşkil edəcək.
AMB-nin qiymətləndirmələrinəgörə, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,3%-6,6%, illik – 11,4%-11,9% təşkil edəcək.
2022-ci ildə İqtisadiyyat Nazirliyi orta illik inflyasiyanın 4%-dək azalmasını proqnozlaşdırır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət