Dövlət Təhlükəsizlik Xidməti 2021-ci il ərzində Azərbaycan vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatları araşdırıb.
DTX-nin məlumatında qeyd olunur ki, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi başlanıb.
“Müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri Facebook sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər”, - DTX qeyd edir.
Genişmiqyaslı araşdırma tədbirləri ilə ölkə hüdudlarından kənarda olan cinayətkar şəbəkə üzvlərinin istifadəsində olan cihazların internet şəbəkəsinə qoşulduğu İP-ünvanları və digər abunəçi məlumatları əldə edilib, kibercinayətkarlığa dair beynəlxalq konvensiyaların müddəalarına istinadən həmin İP-ünvanları üzrə məlumatların müvafiq dövlətlərin aidiyyəti strukturları vasitəsilə təxirəsalınmaz mühafizəsi təmin edilib, cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşının zərər çəkdiyi məlum olub.
“Cinayət işi üzrə beynəlxalq hüquqi yardım prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstanda məskunlaşdığı müəyyən edilərək Bolqarıstanın hüquq-mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib”, - Xidmətdən vurğulanır.
Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında ifşa edilib, Azərbaycan və digər xarici ölkə vətəndaşlarının şantaj edildiyinə dəlalət edən videomateriallar, səsli mesajlar və yazışmaların olduğu çoxsaylı kompüter, mobil telefon və texniki avadanlıqlar götürülməklə DTX-də aparılan cinayət işi materiallarına əlavə edilib, çoxsaylı sosial şəbəkə hesablarındakı videomateriallara kənardan daxilolma imkanları məhdudlaşdırılmaqla davam edən cinayət əməllərinin qarşısı alınıb.
“Cinayət əməlləri ifşa edilən xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda beynəlxalq hüquqi prosedur tədbirlər yerinə yetirilməkdədir. Cinayət işi üzrə araşdırmalar davam edir», - DTX-nin məlumatında deyilir. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət