Azərbaycandan olan investorlar Kavminvodıda (Qafqaz Mineral Suları) yeni sanatoriyanın tikintisinə sərmayə yatırmağa hazırdır. Bu barədə Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov məlumat verib.
“Kavminvodı artıq çoxdan beynəlxalq kurorta çevrilib. Azərbaycandan olan investorların yatırdığı sərmayə sayəsində sanatoriyaların nömrə fondu min yer artıb, gələcəkdə isə daha da artacaq - Kislovodskda üçüncü sanatoriya tikiləcək”, - deyə V.Vladimirov jurnalistlərə bildirib.
Dekabrın 24-də qubernator Jeleznovodsk şəhərində Azərbaycan investisiyaları hesabına inşa edilmiş “İstoçnik Jeleznovodsk” sanatoriyasının açılışında iştirak edib.
480 yerlik obyektin açılış mərasimində Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və layihənin investoru Əsabil Qasımov iştirak ediblər”, - deyə qubernatorun mətbuat xidmətindən bildiriblər.
Sanatoriya müasir tibbi və SPA-avadanlıqları ilə təchiz olunub. Orada xroniki xəstəliklərin: mədə-bağırsaq traktı, dayaq-hərəkət sistemi xəstəlikləri, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsi aparılacaq.
P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan şirkətlərinin Rusiya iqtisadiyyatına yatırdığı investisiyalar RF-yə göstərilən etimadın yüksək səviyyəsindən xəbər verir.
“Biz uzun illər bir yerdə yaşamışıq və mehriban qonşular olaraq qalmaqda davam edir, həm qarşılıqlı siyasi, həm də iqtisadi münasibətləri inkişaf etdiririk. Azərbaycan investorlarının Rusiya iqtisadiyyatına sərmayə qoyması ölkənizə və burada yaradılmış investisiya mühitinə böyük etimad göstərməsi deməkdir. Stavropolda yeni sanatoriyanın açılması bunu təsdiqləyir və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində atılan daha bir addımdır”, - deyə səfir vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət