Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının sədri təyin edilib.
Büronun məlumatında bildirilir ki, sığorta şirkətlərindən 3 nümayəndə Himayəçilər Şurasının yeni tərkibinə seçilib.
Bundan başqa, dekabrın 24-də AMB tərəfindən Şuraya iki nümayəndə təyin edilib. Onlardan biri də Ziya Əliyevdir.
Ziya Əliyev Himayəçilər Şurasının sədri təyin edilməklə bu postda “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyevi əvəz edib. Azər Əliyev Şuranın sədr müavini seçilib.
“Xalq Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Mətanət Nərimanlı, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvləri seçiliblər.
Beləliklə, Himayəçilər Şurasının tərkibi tamamilə formalaşıb və tənzimləyicinin iki, sığorta bazarının isə üç nümayəndəsindən ibarətdir.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət