İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzin məlumatına istinadən xəbər verir ki, sertifikatlar Vyetnam Sosialist Respublikasına Azərbaycan istehsalı olan yeddi adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2021-ci ilin dekabr ayına kimi 622 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatlar Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub-Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə çıxışını asanlaşdırıb.
Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib. Fəaliyyət göstərdiyi dövr ərzində portala ümumilikdə $2,6 milyarddan artıq məbləğdə ixrac sifarişləri daxil olub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət