2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 29 milyon 849,1 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci ilin 9 ayı ilə müqayisədə 5,8% - 700 milyon 108,8 min manata qədər azalıb.
Sığorta haqları 5,3% - 672 milyon 863,2 min manata qədər artıb, xalis sığorta ehtiyatları 68 milyon 962,5 min manat azalıb.
İnvestisiya gəlirləri 44,504 milyon manat (azalma 12,5%), sığorta haqlarında təkrar sığortaçıların payı 35 milyon 663,2 min manat (artım 1,9 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 7,5% - 662 milyon 73,2 min manatadək artıb. Sığorta ödənişləri 406 milyon 825,2 min manat (artım 31%), təkrar sığorta ödənişləri 89 milyon 188,7 min manat (azalma 30,7%), işin aparılması xərcləri 145 milyon 758,1 min manat (artım 0,7%) təşkil edib.
2021-ci ilin 9 ayı ərzində sığortaçılar 8 milyon 186,5 min manat məbləğində (azalma 55%) mənfəət vergisi ödəyiblər.
2021-ci il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxsdir (7 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, oktyabrın əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 12 broker şirkəti fəaliyyət göstərib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət