2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 209,2 milyon manat ($123 milyon) təşkil edib, bu da 2020-ci illin göstəricisindən 79,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 116,8 milyon manat ($68,7 milyon) təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 3,9 dəfə azdır. Azalma bütün dünyanın turizm industriyasına əhəmiyyətli dərəcədə mənfi təsir edən COVİD-19 koronavirus pandemiyası ilə şərtlənir.
2019-cu ildə Azərbaycanda mehmanxanaların gəlirləri 450,2 milyon manat ($264,8 milyon) təşkil edib. Beləliklə, 2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2019-cu ilin göstəricisinin 46,5%-ni təşkil edib.
Həmçinin, gəlirlərin 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Ötən il ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 78,7% artaraq 1787 min olub. Gecələmələrin 48,7%-i Bakıda, 6,7%-i Xaçmazda, 7,9%-i Qəbələdə, 5,8%-i Şabranda, 5,9%-i Qubada, 4,2%-i Lənkəranda, 3,9%-i Qusarda, 2,7%-i Naftalanda, 1,5%-i Qaxda, 1,6%-i Şamaxıda, 2,2%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i Masallıda, 1%-i Mingəçevirdə və 6,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 0,6% azalaraq 414,2 min olub ki, bu da ümumi gecələmələrin 23,2%-ni təşkil edir. Gecələmələrin 15,5%-i Türkiyə, 11%-i Rusiya Federasiyası,8,1%-i Böyük Britaniya, 3,5%- Səudiyuyə Ərəbistanı, 9,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,8%-i İtaliya, 2,8%-i ABŞ, 2,7%-i Almaniya, 3,8%-i İsrail, 2%-i Qətər, 1,5%-i Ukrayna, 1,9%-i Hindistan, 1,1%-i Belarus, 1,1%-i – Küveyt, 1,4%-i Niderland, 1,2 %-i İran, 1,2%-i Qazaxıstan, 1%-i Fransa, 1%-i Gürcüstan, 26,6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1%-i Bakıda, 6,6%-i Qəbələdə, 3%-i Qusarda, 1,7%-i Naxçıvan Muxtar Respublikasında, 2,6%-i Qubada, 1,6%-i Şabranda, 1,9%-i Naftalanda, 1,6%-i Şabranda, 1,5%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1 milyon 372,8 min olub.
Hesabat dövründə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ildə 6,5%). Bu göstərici Şabranda 82,2%, Beyləqanda 25,5%, Qubada 22,2%, Naftalanda 21%, Lənkəranda 19,1%, Qəbələdə 16,2%, Şəmkirdə 11,7%, Ağcabədidə 14%, Bakıda 14,2%, Cəlilabadda 12,7%, Bərdədə 13%, Şamaxıda 11,2% olub.**
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət