“EVSAN” şirkəti “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129.799 səhminin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İnvestor dövlət büdcəsinə 1 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1,51 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır.
Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikası, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.
İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət