Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasında iştirak etmək üçün bu gün Azərbaycana gəliblər. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Komissarlar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasında iştirak edəcəklər. Müşavirə çərçivəsində Simson və Varhelyinin Azərbaycan və Türkiyə rəsmiləri ilə bir sıra görüşləri də planlaşdırılıb.
Komissar Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşəcək.
Komissar Varhelyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
“Komissarların ikigünlük səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək üçün fürsət olacaq. Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivləri müzakirə ediləcək”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət